Bu barədə Florida ştatının Cənub Dairəsi məhkəməsinin elektron məlumat bazasına daxil olan sənəddə deyilir.
“32-ci bənd əlavə edilib, ona əsasən, Donald Tramp daha bir maddə ilə – müdafiə məlumatlarını qanunsuz saxlamaqda ittiham olunur”, – mətndə deyilir.
Bundan əlavə, işdə yeni bir müttəhim meydana çıxıb – Karlos De Oliveyra.
O, ədalət mühakiməsinin həyata keçirilməsinə mane olmaq üçün cinayət sui-qəsdində ittiham olunur: məhkəmənin materiallarına görə, o, iş üzrə digər müttəhim Valter Nauta ilə birlikdə 2022-ci ilin yayında müşahidə kamerasındakı səs yazısını məhv etməyə çalışıb. (report)