Site icon Aznews TV

Tramp seçildi – İran təşvişə düşdü

Bu, İran və SEPAH rəsmilərinin bəyanatlarından məlum olur.

Məsud Pezeşkian hökumətinin sözçüsü Fatimə Mühacirani ABŞ-də kimin prezident olmasının İran üçün əhəmiyyəti olmadığını iddia etsə də, SEPAH komandirləri fərqli bəyanatlar yayıblar.

SEPAH-ın baş komandirinin müavini Əli Fədəvi Donald Trampın seçilməsindən sonra ABŞ və İsrailin İrana qarşı birgə önləyici hücum edəcəyi ehtimalı barədə danışıb.

“ABŞ və İsrailin İranın Sadiq 3 əməliyyatını həyata keçirməsinin qarşısını almaq üçün qabaqlayıcı hücum həyata keçirməsi ehtimalı az deyil”,- Fədəvi xəbərdarlıq edib.

O, bəyanatının davamında yenədə İranın hərbi gücü barədə iddiaları təkrar edib, İran və ona bağlı proksi qüvvələrin istənilən hücuma hazır olduğunu deyib.

Exit mobile version