“ANT”xəbər verir ki, Ağ Evdə Yaponiyanın baş naziri Şiqeru İşiba ilə görüşdən əvvəl jurnalistlərə açıqlama verən Tramp bildirib ki, onun planı ilə bağlı əlavə müzakirə aparılmayıb.
“Bu, çox yaxşı qarşılandı” deyən Tramp planının ABŞ-ni daşınmaz əmlak müqaviləsində sərmayədar kimi görəcəyini qeyd edib.
Fələstin anklavında təhlükəsizliyin təmin edilməsində İsrailin məsuliyyət daşıyacağını vurğulayan prezident sözlərinə belə davam edib: “Biz tələsmirik. Ancaq bizim orada olmağımız, sərmayə qoymağımız sülhün bərqərar olması məsələsinə böyük təsir göstərəcək”.
Qeyd edək ki, fevralın 4-də Tramp bildirib ki, ABŞ Qəzza zolağının Yaxın Şərqdə sülhün maraqları naminə inkişaf etdirilməsi üçün onun uzunmüddətli mülkiyyətini nəzərdən keçirir.
O, anklavdan fələstinlilərin regionun digər ölkələrinə köçürülməsinin tərəfdarı olduğunu bildirib. Tramp həmçinin qeyd edib ki, Birləşmiş Ştatlar lazım bildiyi təqdirdə Qəzzaya öz qoşunlarını da göndərməyə hazırdır.