Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
Dünya

Tramp Maskı görkəmli insan adlandırıb

ABŞ-nin keçmiş prezidenti Donald Tramp ona qarşı sui-qəsd cəhdindən sonra tərəfdarları ilə ilk görüşündə “Tesla” və “SpaceX” şirkətlərinin rəhbəri İlon Maskı görkəmli insan kimi xarakterizə edib.

“ANT” xəbər verir ki, bu barədə mühafizəkar media şirkəti RSBN məlumat yayıb.

“O, görkəmli insandır. Mən ona hər dəfə zəng vuranda deyir ki, “mənim raketlə bağlı yeni ideyam var, bunu eşitməlisən”, – deyən Tramp əlavə edib ki, o, Mask ilə həmişə yaxşı münasibətdə olub.

Keçmiş Amerika prezidenti onu da qeyd edib ki, bir neçə il əvvəl “SpaceX” raketlərinin avtomatik olaraq üzən platformaya endirilməsini görəndə çox təsirlənib.

Related Articles

Bir cavab yazın

Back to top button