DünyaİranSiyasət

Tramp İranla hansı şərtlər təmin olunduğu halda müzakirə aparacağını açıqladı

ABŞ prezidenti Donald Tramp İranın danışıqlar aparmaq istədiyi halda bu təklifi müsbət qəbul edəcəyini bildirib.

Aznews.tv-nin RİA Novosti-yə istinadən verdiyi məlumata əsasən, bu bəyanatı Tramp Yapniyanın baş naziri Şinzo Abe ilə ikitərəfli görüşdən sonra səsləndirib.

“Heç kim dəhşətli şeylərin baş verməsini istəmir”, – deyən Tramp rəsmi Tehranın “danışıqlar aparmaq istədiyini” güman edib.

Xatırladaq ki, son ay ərzində Abş və İran arasında münasibətlər olduqca gərginləşib.

ABŞ hakimiyyəti İrana qarşı sərt sanksiyalar tətbiq edib.

Vaşinqtonun məqsədi İranın “davranışının dəyişdirilməsidir”.

Bundan əlavə, Birləşmiş Ştatlar İslam İnqilabı Keşikçiləri Korpusunu (İİKK) terror təşkilatlarının sıralarına qatıb.

İran da öz növbəsində ABŞ-nın Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığını terrorçu təşkilat, ABŞ isə “terrorçuluğu maliyyələşdirən dövlət” adını verib.

Aznews.tv

Related Articles

Bir cavab yazın

Back to top button