ABŞ prezidenti Donald Tramp PUA-nın vurulmasına cavab olaraq İrana zərbə endirmək qərarı alıb.
Aznews.tv-nin “The New York Times” qəzetinə istinadən verdiyi məlumata əsasən, lakin sonra D.Tramp fikrini dəyişib.
Məlumata əsasən, iyunun 20 ABŞ prezidenti İranın bir sıra obyektlərinə, o cümlədən radar və raket batareyalarına zərbə endirilməsini təsdiq edib.
Mülki əhali arasında itkilərin mümkün qədər qarşısını almaq üçün zərbə bu gün səhərə planlaşdırılmışdı.
Tramp əməliyyatı ilkin mərhələdə, hərbi təyyarələr havada, gəmilər isə atış nöqtəsində olarkən dayandırıb.
Qərar qeyri-müəyyən müddətə təxirə salınıb.
Xatırladaq ki, daha öncə jurnalistin Birləşmiş Ştatların İranın addımlarına necə cavab verəcəyi ilə bağlı suala Donald Tramp “Siz bunun şahidi olacaqsınız!” demişdi.
Onun sözlərinə görə, dronu vurmaq haqda qərarı, yəqin ki “hansısa iranlı general” verib.
Aznews.tv