Prezident Donald Trampın fikrincə İran rəhbərliyi danışıqlara hazırdır.
Aznews.tv xəbər verir ki, D.Tramp BMT-nin növbəti assambleyası çərçivəsində iranlı həmkarı ilə danışıqlar təşkil etmək planından danışıb.
“Deyə bilərəm ki, İran görüşmək istəyir”, – deyə o, qeyd edib.
Qeyd edək ki, Tramp dəfələrlə, bu ay BMT-nin baş assambleyasına qatılması gözlənilən İran prezidenti Həsən Ruhani ilə görüşməyə azır olduğunu bəyan edib.
Lakin İran tərəfi hələ də buna müsbət cavab verməyib.
Aznews.tv