İdman

TRABZONSPORA HANSI QADAĞA QOYULDU?

Türkiyənin Trabzonspor Futbol Başqahı Avropa futbol yarışlarına qatılmasına qadağa qoyulub.
UEFA-nın yaydığı bəyaniyyəyə görə Türkiyənin Trabzonspor Futbol Başqahının 1 ilədək Avropa futbol yarışlarına qatılmasına qadağa qoyulduğunu bildirilib. Səbəb Maliyyə Fayrpoli Qanunlarının pozulmasıdır.
Həmin bəyaniyyəyə əsasən, Trabzonspor 15 oktobr 2020-ci il tarixinədək UEFA-nın Maliyyə Fayrpoli Qanunları qarşısında öhdəliyində olan məsuliyyəti qəbul etməsə, 2020-2021 və 2021-2022-ci illərdə UEFA-nın başqahları yarışlarında şirkət etmə haqqını qazana bilsə, bu yarış rəqabətlərinin birinə qatılmaqdan məhrum ediləcək. Həmçinin, Trabzonspor Futbol Başqahı həmin tarixədək məsələnin həllinə lazım olan şəraiti yaradarsa bu mücazat icra olunmayacaq.
Trabzonspor Futbol Başqahı isə bu barədə bildirib ki, Avropa futbol yarışlarına qatılmasına qadağa qoyulub və UEFA-nın çıxardığı həmin hökmünə İdman Davəri Divanında etiraz irəli sürüləcək.

Related Articles

Bir cavab yazın

Back to top button