Tiraxtur 4 bucaqlı meydanda 22 nəfərin top arxasında olduğu sadə bir futbol timi deyil. Tim dəstəkçiləri üçün “Tiraxtur”un oyundan qalib və ya məğlub çıxmasının heç bir önəmi yoxdur. Bunu çeşidli alanlarda sərgilədiyi siyasi, mədəni düşüncənin yol cizgisində aydın şəkildə görə bilərik. Tiraxtur bir şəhərə, bir bölgəyə və ya bir qrupa da aid deyil. O, Azərbaycan millətinin bir çox alanlarda ortaya qoduğu mövqedir. Bu dediklərimizi Tiraxtur və yandaşları illərdir isbatlayır.
Tim və tərəfdaşları bütün dövrlərdə cəsarətli mövqe sərgiləməsi ilə seçiliblər.
*Belə ki, “Tiraxtur”çu bir azərbaycanlı Urmu gölünün qurudulması zamanı Tehran məclisini və onun yürütdüyü siyasəti qınayıb.
*Timin dəstəkçiləri 1391-ci il Qaradağ zəlzələsi (2012-ci il) zamanı evsiz-eşiksiz və soyuqda qalmış xalqla həmdəm olduqlarını göstərmək üçün qışda stadiomda köynəklərini çıxardılar.
*Onlar Qarabağ savaşında Tehranın qərəzli siyasətini dəfələrlə qınayaraq Azərbaycan türk millətinin yanında oldular.
*Türkiyənin terorla savaşdığı zaman Türkiyə əsgərlərinə “nizami salam simgəsi”ni göstərməklə Türkiyə ordusuna dəstək verdi.
Bütün bunlar “Tiraxtur”u təkcə tim olaraq səciyyələndirməməyimizə əsas verir.
Dünən axşam Tiraxturun “Həzfi-cam”da qəhrəman olması sadəcə Azərbaycan millətini deyil, dünyanın hər yerində olan oydaş, dildaş və qardaşlarımızı da sevindirdi. Habelə siyasi və ictimai şəxsiyyətlər, o cümlədən Türkiyənin İYİ partisi başqanı Meral Akşener, Ankara Şəhrdarı Mansur Yavaş, MHP-li millət vəkili Ruhi Ersoy, profsor Ümit Özdağ, Yavuz Ağıroğlu, İraq Türkmənelinin başqanı tuit ataraq Azərbaycan millətinə təbrik deyib.
Biz də Azərbaycan Mərkəz Partiyasının başqanı, ANT Televiziyasının rəhbəri Saleh Kamrani başda olmaqla Tiraxtur timinin qələbəsi münasibətilə timin üzvlərini və dəstəkçilərini səmimi-qəlbdən təbrik edirik!