Tiraxtur Azərbaycana qarşı ayrı-seçkiliyin simgəsi İranda Azərbaycan və ümumiyyətlə Türklərə qarşı olan zülmü hər zaman hər yerdə görmək olar. Küçmişdən bu günümüzədək Fars olmayan millətlər bütün zənginliklərinə rəğmən ən təməl haqlarından belə məhrum qalırlar. Bu sistematik zülm üçün hakimiyyət var gücüylə millətləri əzməyə çalışsa da, ancaq bu gün dünya dəyişib və millətlərin oyanışı otoriter sistemin işini çətinlədib. İranda İslam Cumhuriyyətinin başarısızlığından sonra başda Azərbaycan olmaqla birlikdə, Fars olmayan millətlərdə ciddi bir oyanış səhifəsi başladı. Millət öz haqqıyla tanış olduqca, haqqını hakimiyyətdən tələb etməyə başladı. Bu sürəc çoxunluqla hakimiyyətin inkarı və daha sonra basqısıyla sonuclandı. ancaq yeni nəsil zülmü qəbul edib səssiz qalmağı deyil, ona qarşı üsyan etməyi seçdi.
Toplumda yeni bir kültürə dönüşən haqq istəməyi hər yerdə və hər zaman görmək olar. Ancaq bəzi zamanlar yüz minlər hətta milyonlarca insanın bir araya gəldiyini görmək olur. Azərbaycanın Tiraxtur Futbol timi bu milli ruhu göstərən yerlərin biridir. Milyonlarla insan İranın başa-başından Futbol adı altında bir araya gəlib Azərbaycanın ən önəmli məsələlərini tələb etməyə başladı. O cümlədən Urmu gölünün qurudulmasına, Ana dilində təhsil almaq, Hətta Qarabağ məsələsi və Siyasi Məhbusların azadlıq tələbi kimi minlərlə tərəfdarın şüarına çevrildi. Vəziyyət elə yerə gəldi ki Tiraxtur hakimiyyətin kabusu oldu.
Ancaq bu potensial bir tərəfdən də hakimiyyətin əlini kontrol etməkdə rahatlatdı. Misal üçün normal gedişatla bütün uzmanlar Tiraxturun şampiyonluğuna kəsin gözlə baxdıqları zaman açıq bir müdaxiləylə timin önünü kəsib milyonlarla tərəfdarın umudunu qırdılar. Bunun mənfi təsiri əlbəttə ki, sadəcə Futbolda deyil, bir millətin həvəsinin qırılmasına yol açdı. 3 il öncə Tiraxturun malikiyyəti böyük fabrikator MəhəmmədRza Zunuzi-yə satıldı. Tiraxturdan başqa Təbrizin köklü timlərindən olan Maşınsazi də Zunuziyə satıldı. Beləliklə Azərbaycanda hardasa heç bir dövlətə bağlı tim belə qalmadı. Bu da timlərin artıq dövlətdən budcə almamaqları anlama gəlirdi. Hakimiyyət futbol timlərini bir halda özəlləşdirir ki Fars bölgələrindəki timlərə hələ də, milyardlarla tümən pul xərclənir, üstəlik Azərbaycanın sərvətiylə. Misal üçün İranın “Mis Sənəti” Vərziqandan çıxardığı tonlarla misi Azərbaycana yox, bəlkə Kirmandakı futbol timlərinə xərcləyir. Xatırladaq ki, təkcə İranın Mis Sənətinin 3 ayrı Futbol timi və yüzlərlə milyard tümən büdcələri var.
Habelə Tehranın “İstiqlal” və “Perspolis” timləri də hakimiyyətdən yüzlərlə milyard tümən budcə alıblar və bir tək Azərbaycan və özəlliklə Tiraxtur timinə pul yoxdur deyirlər. Bu il Koronavirus səbəbiylə də ekonomik durum daha da pisləşdiyi üçün Tiraxturun budcəsində ciddi azalma oldu. Belə ki, oyunçular bir-bir timdən ayrılırlar. Hətta iş o yerə gəldi ki, Timin Asiya liginən çəkilməsi belə müzakirə olundu. Bu durum milyonlarla tərəfdarı olan və Asiyanın ən çox tərəfdarına sahib timin çox çətin günlər getirdiyinə yol açıbdır.
Tərəfdarlar Təbrizdə dəfələrlə məsələyə etiraz elədilər. Bəzi tərəfdarlar Zunuzinin timi doğru düzgün yönəltmədiyini, ardıcıl kadrın dəyişdiyindən şikayətləndilər. Ancaq əsas etiraz Tiraxturun yıxılmasına çalışan hakimiyyətədir. Hər halda Tiraxturun təkcə bir futbal tim olmadığı və Güney Azərbaycan hərəkatının qalalarından olduğunu hamıya aydındır. Elə ona görə də, hakimiyyət timi tamamən aradan qaldırmağa çalışır.