İran

Tibb işçilərinin İrandan xaricə axını artıb

İranın Səhiyyə Nazirliyinin rəsmisi Abbas Əbdi mediaya verdiyi açıqlamad xaricə mühacirət edən və buna çalışan tibb işçiləri və tibb bacılarının saylarının kəskin artdığını deyib.

Səhiyyə nazirinin müavini Abbas Əbdi mühacirət edən tibb işçilərinin dəqiq statistikasının məlum olmadığını deyib.

Lakin ildə təxminən 1250 tibb işçisinin ölkədən getmək üçün nazirlikdən arayış əldə etmək üçün müraciət etdiyini bildirib.

Beynəlxalq standarta görə, hər 1000 nəfərə ortalama beş-altı tibb bacısı, ən az halda isə 3 tibb bacısı lazımolduğu halda, hazırda İranda hər 1000 nəfərə 1,6 tibb bacısı düşür ki, bu da dünyada nəzərdə tutulan minimumdan da azdır.

Related Articles

Bir cavab yazın

Back to top button