Dünyaİran

The Telegraph: Husilər İranın elit dəniz akademiyasında təlim keçiblər

200-ə yaxın husi İranın ali dini lideri Xameneinin adını daşıyan və Xəzər dənizinin sahilindəki Gilan vilayətində yerləşən elit Dəniz Akademiyasında təlim keçib.

Bu barədə The Telegraph yazır. Bildirilir ki, təlim 6 ay davam edib və “xarici muzdluların” hazırlanmasına SEPAH-nin Sepah-e-Qods xüsusi bölməsi cavabdeh olub.

Nəşrin məlumatına görə, husilər üçün ilk kurs 2020-ci ilin yanvarında açılıb. Eyni zamanda kəşfiyyat məlumatlarının sızmasının qarşısını almaq üçün onlar digər kursantlardan ayrı yerləşdirilib. “The Telegraph” yazır ki, kəşfiyyat məlumatları Tehranın Qırmızı dənizdə kommersiya gəmilərinə husilərin hücumlarında əli olmasına və bunda Xameneinin şəxsi iştirakına işarə edir.

#İran

Related Articles

Bir cavab yazın

Back to top button