Dünyaİran

The Financial Times: ABŞ və İran husilərin hücumları ilə bağlı gizli danışıqlar aparıb

Bu ilin yanvarında ABŞ Omanın vasitəçiliyi ilə İranla gizli yolla danışıqlar aparıb.

Bu barədə Amerika və İran rəsmilərinə istinadən “The Financial Times” məlumat yayıb. Qeyd olunur ki, Vaşinqton Tehranı yəmənli husilərə təsirindən istifadə etməyə inandırmağa çalışıb ki, onlar Qırmızı dənizdəki gəmilərə “hücum etməyi dayandırsınlar”.

Bildirilir ki, bu danışıqlarda Amerika nümayəndə heyətinə ABŞ prezidentinin Yaxın Şərq üzrə müşaviri Makgerk, İran tərəfinə isə xarici işlər nazirinin müavini Baqeri Kani rəhbərlik ediblər. Mənbənin sözlərinə görə, “Bayden administrasiyası (hərbi çəkindirmə ilə yanaşı) İranın dəstəklədiyi qrupların da iştirak etdiyi regional döyüş dalğasını azaltmaq məqsədilə diplomatik kanallardan istifadə edir”.

#İsrail #İran

Related Articles

Bir cavab yazın

Back to top button