Onun öldürülməsinin birmənalı müharibə aktı olacağı və Tehranın sərt reaksiyasına səbəb olacağı qeyd edilir. Nəşr vurğulayır ki, “İranın bir çox mühüm siyasi qərarlarında həlledici söz sahibi olmayan, olduqca populyar olmayan bir siyasətçi olan Rəisini öldürmək üçün bu cür nəticələri riskə atmaq axmaqlıq olardı”. “The Economist” yazır ki, Rəisinin ölümündə daxili düşmənlərin də iştirakını istisna etmək olmaz.