“İsrail 12” telekanalının yaydığı məlumata əsasən, ölkənin yüksək vəzifəli siyasi və təhlükəsizlik rəsmiləri SEPAH zabitinin İsrail tərəfindən öldürülməsinin “The New York Times” qəzeti tərəfindən ifşa olunmasından sonra məsələ ilə bağlı iclas keçiriblər.
Məlumatda qeyd olunub ki, İsrail hökuməti özəlliklə ölkə vətəndaşlarının Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Azərbaycan və ola bilsin Türkiyə kimi İrana yaxın ölkələrdə səfərdə olarkən İran hakimiyyətinin intiqam hücumlarına məruz qalmasından narahatdır.
İsrail rəsmiləri bununla yanaşı, ölkə vətəndaşlarının zəruri olmadığı təqdirdə yuxarda adları qeyd olunan ölkələrə səfər etməmələrini və əvvəlkindən daha ehtiyatlı olmalarını tövsiyə edib.