
Dünən Tehranda Havadar və Perspolis komandaları arasında keçirilən futbol matçında bu oyunun Traxtor ilə heç bir əlaqəsi olmadığı halda, Perspolis komandasının azarkeşləri Traxtur komandasını kobud sözlərlə təhqir etmişlər və bu fasiləsiz olaraq İranın dövlət televiziyasında yayımlanmışdır.
Qeyd edək ki, Güney Azərbaycanlı azarkeşlər “Türk dilində mədrəsə, olmalıdır hər kəsə” şüarını səsləndirəndə İran televiziyası Azərbaycan tamaşaçısının səsini kəsir.
Digər bir hadisədə isə Urmu Bələdiyyəsinin voleybol komandaları ilə Yəzdin Şəhdab komandaları arasında keçirilən oyunda yaşanıb. Yəzdli azarkeşlər Azərbaycanın adını təhqir ediblər.
İranda son yüz ildə irqçilik və antitürkizm institutlaşdırılıb və bu ölkədəki türklər dəfələrlə farslar tərəfindən alçaldılıb və təhqir olunub. İranın dərsliklərində, mətbuatında türklər alçaldılır, onların tarixi və kimliyi təhrif edilir. Bu vaxta qədər dəfələrlə fars şəhərlərinin stadionlarında “Türklərə ölüm” şüarı səsləndirilib və türklər təhqir olunub.