İran

Tehranlı tələbələr etiraz aksiyası keçiridi

Tehran Universtetinin tələbələri ali təhsil ocağının Sosial Elmlər Fakültəsinin bir neçə tələbəsinin təhsilinə qadağa qoyulmasına etiraz edərək aksiya keçiriblər.

Bu barədə tələbə hərəkatı fəalları məlumat yayıb.

Etirazçılar yaydıqları bəyanatda tələbələrin Universtetdən qovulmalarını ədalət prinsipləri və tələbə hüquqlarının pozulması kimi dəyərləndirib, bunun davam edəcəyi təqdirdə daha geniş aksiyalara başlayacaqlarını bildiriblər.

Qeyd edək ki, İran Prezidenti Məsud Pezeşkianın qovulan müəllim və tələbələrin işə və təhsilə bərpa edilmələri ilə bağlı göstərişindən sonra bir neçə tələbə təhsil ocaqlarından qovulub.

Related Articles

Bir cavab yazın

Back to top button