Tehranın Bölgə Su Şirkətinin müdirlərindən Məhəmməd Şəhtiyari gələn su ili bu ildən daha çətin olacağını deyərək bildirib: “yağıntının azalmasıyla sədlərə su yığışmaısının azalması eləcə də sarsıdıcı çətin şəraitlə qarşı qarşıyayıq. Öngörülərə dayanaraq yeni ildə su yığışmasının 310 milyon mükəəb-metr azalmasına şahid olacağıq, bununla da kəsinliklə demək olar ki, bu durum bizim üçün su təminində şəraiti sarsıldıcı edəcək.”.
Şəhriyari Tehran Əyaləti sədləri mənbə`lərində su yığışmasının ən yeni durumu barədə deyib: “indilik, Tehrnanın beş səddinin su zəxirəsi 585 milyon mükəəb-metrdir. Amma ötən ildə bu həcm 936 milyon mükəəb-metr idi. Bu isə belə anlama gəlir ki, 351 milyon mükəəb-metr su çatmazlığı ilə üzləşmişik. İçməli su təmini demək olar ki, normal və davamlıdır və Şəhrivər ayının sonuna kimi də belə qalacaq. Bunun nədəni isə 99-cu ilin Şəhrivər ayından əlverişli su toplanması ilə 1399-1400-cü su ilinə keçmişdik. Bu su zəxirəsi də, indiyə kimi Tehran şəhəri ilə Əyalətin içməli su təmini üçün şəraitin normal eləcə də davamlı olmasına səbəb olub”.