Azərbaycanİran

Tehranın “Azadi” stadionunda Azərbaycan bayraqları qaldırılıb

Mayın 18-də futbol üzrə İran Premyer Liqasının 22-ci mövsümünün yekun oyunları keçirilib. Tehranın "İstiqlal" klubu Təbriz "Traxtur"u qaşılaşıb.

Qeyd edək ki, 5 zədəli oyunçu ilə meydana çıxan “Traxtur” 7-1 hesabı ilə məğlub olub.

İran mediası bundan öncəki qarşılaşmada Təbriz klubunun “İstiqlal” üzərindəki qələbəsinə işarə edərək “Traxtur”un məğlubiyyətini sevinclə qarşılayıb.
Xəbər İran mediasında  “Traxtur”dan qısas alındı” kimi başlıqlarla yayılıb.

Xatırladaq ki, hazırda Tehranın “Perspolis” klubu 66 xalla turnir cədvəlində birinci, İsfahanın “Sepahan” klubu 65 xalla ikinci, Tehranın “İstiqlal” klubu 62 balla üçüncü yeri tutur.

Təbrizin “Traxtur” klubu isə 52 xalla dördüncü pillədədir.

Güney Azərbaycan klubunun “İstiqal”la oyuna 5 zədəli oyunçu ilə çıxması müzakirələrə səbəb olub.

Məğlubiyyətə baxmayaraq “Traxtur” azakeşləri sevimli klublarına möhətşəm dəsətk ifadə ediblər. Onlar “Azadi” satdionunda Azərbaycan ab-havası yaradıblar. Stadionda Azərbaycan bayraqları qaldırıb, milli şüarlar səsləndirilib.

Related Articles

Bir cavab yazın

Back to top button