Paytaxt Tehrandakı yaşayış binalarından birində baş verən dəhşətli yanğın nəticəsində 4 nəfər həyatını itirib.
“Aznews tv”xəbər verir ki, İran Təcili Tibbi Yardım Təşkilatının sözçüsü Müctəba Xalidi hadisə nəticəsində 4 nəfərin ölümü ilə yanaşı, iki nəfərin də yaralandığını deyib.
O, “Tasnim” ajansına verdiyi açıqlamasında bildirib ki, hadisə axşam saatlarında meydana gəlib və hadisə yerinə 3 ambulans maşını, 3 tibbi yardım motosikleti və 1 tibbi yardım avtobusu cəlb edilib.
Xaledinin söylədiyinə görə, ölənlərdən biri binanın 4-cü mərtəbəsindən düşərək, üçü isə tüstüdən boğularaq həyatını itirib.
O, habelə qeyd edib ki, hadisənin baş verməsinə səbəb mənzildə qaz balonunun partlaması olub.