Bu barədə milli fəallar məlumat yayıb.
Bildirilib ki, “Traxtur” tərəfdarının həbs səbəbi və hara aparıldığı barədə hələlik məlumat əldə etək mümkün olmayıb.
Qeyd edək ki, İran Premiyer Liqasının 10-cu həftəsinin oyunları çərçivəsində keçirilən Təbriz və Tehran təmsilçilərinin qarşılaşması Təbriz klubunun 2-0 qələbəsi ilə başa çatıb.
Oyundan sonra nəticədən narazı qalan “İstiqlal” tərəfdarları Qala Həsən xan stadionu ətrafında aksiya keçirərək klub rəhbərliyinin dəyişdirilməsini tələb ediblər.