
Stadiona doğru hərəkət edən “Traxtur”çular “dağlar başı dumandı, Tehran Azərbaycandı”, “hədəfimiz bir olsun, qartal qəhrəman olsun” şüarları səsləndiriblər.
Oyunun başlamasına bir neçə saat qalmış “Azadi” stadionuna toplaşan azərbaycanlı azarkeşlərdə “Azərbaycan var olsun, istəməyən kor olsu”, “Azadlıq, ədalət, milli hökumət” şüarları səsləndiriblər.
Yerli sosial media fəallarının yaydıqları foto və videolardan aydın olur ki, iki komanda azarkeşləri arasında toqquşmalar olub, bir neçə nəfər yaralanıb.