Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
İran

Tehranda minlərlə adam məişət tullantıları ilə dolanır

Tehran bələdiyyəsinin verdiyi rəsmi statistikaya görə, şəhər ərazisində minlərlə insan məişət tullantıları toplamaqla həyatını davam etdirir.

Statistikada rəsmi olaraq 4700-ü uşaq olmaqla 14 min nəfərin məişət tullantıları ilə dolandığı, əksəriyyətinin küçələrdə gecələdiyi bildirilir.

Məlumatda bu vasitə ilə dolananların ortalama 90%-nın başqa bölgələrdən Tehrana iş və yaşayış ardınca gələnlərdən ibarət olduğu qeyd olunub.

Bundan öncə Tehran Şəhər Şurasının verdiyi məlumatda məişət tullantıları toplama mafiyasının minlərlə insanı işlətdiyi, onların Tehranda gündəlik 9 min məişət tullantısından 20 milyard tümən gəlir əldə etdikləri bildirilmişdi.

Related Articles

Bir cavab yazın

Back to top button