İran

TEHRANDA KORONADAN TƏMİZ QALMIŞ MƏRİZXANA YOXDUR

Tehranın Tibb Elmləri Danışqahının müalicə işləri üzrə müavini Seyid Fərşad Əllamə Üfuni və Kovid-19 Mərizlikləri ilə Mübarizə Elmi Komitəsinin ilk məsləhətləşmə iclasında bildirib ki, Tehranda koronadan təmiz qalmış mərizxana yoxdur və Kovid-19 virusunun fəal dövrü uzundur. Ölkənin koronavirus böhranını ötməsi barədə deyə bilərəm ki, ustanda təmiz qalmış mərizxana hələ yoxdur, ona görə ki, kovid-19 mərizliyinin fəal dövrü uzundur. Korona böhranının idarə olunması yöndə alimlərin, bilim adamlarının nəzərləri öyrənilməlidir. Korona kimi mütəxəssis məsələləri üzrə milli rəsanələrdə danışmaq bu elmi komitərinin vasitəsi ilə və danişqahların ümumi əlaqələr şöbələri ilə həmahəng edilməlidi ki, camiədə doğru olmayan məlumatın qarşısı alınsın.
Fərşad Əllamə ölkədə adi vəziyyətə qayıdış barədə də danışıb. “Təmiz mərizxana olduğunu deyə bilmərik, mərizlərdə müraciət edərkən ola bilər ki, balini əlamətlər olmasın, amma eyni halda bu məsələ sərətan kimi mərizliklərin müalicəsinin yubadılmasına səbəb olmamalıdır və bu mövzu barədə rəsanələrin vasitəsi ilə xalqa ittilaat çatdırılmalıdır. Bu virusa qarşı qoruma, dava və müalicənin davam etdirilməsi üzrə dəstur-əməllərə yenidən baxılmalıdır”, – deyə bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button