
Kitabxana Tehran Polis İdarəsinin ictimai yerlərə nəzarət bölməsinin əməkdaşları tərəfindən bağlandığı bildirilib.
Rəsmi məlumatda kitabxananın fəaliyyətinin “İş yerləri barədə nizamnaməyə və Daxili İşlər Nazirliyinin əmrlərinə əməl edilməməsi” səbəbindən qadaöan edildiyi qeyd edilib.
Qeyd edək ki, cari ildə İranda məcburi hicab qaydalarına riayət edilməyən və musiqi səsləndirilən 3 mindən çox iş yerinin fəaliyyəti də dayandırılıb.