
“Aznews tv”xəbər verir ki, Tehran şəhərinin imam cüməsi Kazım Sədiqi cümə xütbəsi oxuyarkən məsciddə ibadətə gələnlərdən biri ayağa qalxıb və ona etiraz bildirib.
Xütbə canlı olaraq Tehran radiosundan yayımlansa da, etirazçının səsinin zəif eşidilməsi səbəbindən onun dəqiq olaraq hansı məsələyə etiraz etdiyi bilinmir.
Lakin etirazçının işlətdiyi 25 milyon tümən ifadəsindən onun maddi çətinliklər səbəbindən etiraz səsini qaldırdığı ehtimal edilir.