Bölgə

Tehran və İrəvan Azərbaycan-ın qarşısında

44 günlük Qarabağ savaşından sonra Azərbayacan qəti bir zəfərlə işğal altında olan topraqların önəmli bir bölümünü azad eləməyi başardı.

44 günlük Qarabağ savaşından sonra Azərbayacan qəti bir zəfərlə işğal altında olan topraqların önəmli bir bölümünü azad eləməyi başardı. Ermənistan savaşın utuzan tərəfi oldu və nihayət Rusyənin araya girməsiylə anlaşma imzalandı. İmzalanan üçlü anlaşmaya görə ki Türkiyə də nazir quvvə olaraq meydanda olacaq Ermənistan geri qalan hissələri də qaytarmaq zorunda buraxıldı. Azərbaycan tərəfi ciddiyyətini savaş meydanında göstərdiyi kimi diplomasıdə də gücünü ortaya qoydu. Bu üzdən Ermənistanı planlamaya görə addım addım geriyə sürdü. İkinci Qarabağ anlaşmasının ən önəmli bölümlərindən biri Zəngəzur Dəhliziydi. Bu dəhlizə görə Nəxcivan və Azərbaycan-ın quzeyi topraqdan da bir biriylə bağlanır. Habelə Türkiyə də Nəxcivan-a qonşuluğu üçün uzun illər sonra təkrar topraqdan Bakı və bir anlamda da Türk dünyasına bağlanır. Anlaşmanın hardasa heç bir yerində İran-dan bir iz yoxdur. İran bu savaşın həm savaş həm də diplomasıdə utuzan tərəfində yer aldı. Çünkü İran israrla son günə qədər Ermənistanın yanında yer aldı. Tehran hakimiyyəti Azərbaycan-ın sonralar dalı oturacağı xəyalla Ermənistana dəstək verməyə dəvam etdi. Bunun ən bariz nuqtəsi də İran-ın savaş boyunca Norduz sınır qapısından Ermənistan-a yardımlar göndərməsiydi. Bu o qədər açıq bir şəkildə oldu ki özəlliklə Güney Azərbaycan-da da etirazlara səbəb oldu. Bütün dünya Tehran-ın iddia etdiyi kimi Azərbaycan-ın yanında yox bəlkə Ermənistan-ın yanında yer aldığını gördü. Savaş bitdiyindən sonra Ermənistan-ın hələlik Xankəndində olacağı qərarı alındı. Ancaq buna qarşı Ermənistanın Azərbaycana yol inşasına izin verməsi görüşüldü. Ancaq zaman geçdikcə Ermənistan hər zaman olduğu kimi yenə sözünü tutmadı. Ermənistan hər səfərində anlaşmayı pozmaya çalışsa da Azərbaycan yenə gücünü ortaya qoyub Erməni tərəfini dalı oturtdu. İran da bu sürə zərfində yenə Ermənistana etdiyi dəstəklərə dəvam edirdi. Elə ki geçdiyimiz günlərdə Azərbaycan İran-ın Bakı Səfirini vəzirliyə çağırıb etirazını bildirib nota verdi. Nota İran topraqlarından Azərbaycan topraqları olub hələlik Ermənistan işğalında olan əraziyə maşınların getməsuylə bağlıydı.  Bu məsələ bu qədərlə də qalmadı. Geçdiyimiz gün İran mətbuatı geniş bir propaqandayla Azərbaycan-ın İran və Ermənistan sınırını bağladığını iddia etdilər. Ancaq əslində Azərbaycan geri aldığı öz topraqlarındakı hakimiyyətini sürürdü. Fars Milliyyətçilərinin geniş etirazına yol açan iş əslində Azərbaycan-ın öz topraqlarından sovuşan Qafan-Gorus yolunu Ermənilərə qarşı bağlamasıydı. Niyə ki Azərbaycan topraqlarından sovuşan bu yolda Ermənilər qanunsuzca Azərbaycan topraqlarını girib işğal altında olan əraziyə kontrolsuz mal daşıyırdılar. Azərbaycan ki dəfələrcə bu məsələ haqqında Ermənistan və İran-ı uyarmışdı bir Erməni əsgərinin Azərbaycan əsgərinə piçaqlı saldırısından sonra yolu bağladı. Bu məsələ İran-da Azərbaycan İran-Ermənistan sınırını bağladı şəklində servis edilsə də Azərbaycan əslində ancaq və ancaq öz topraqlarında kontrolu çoxaldmışdı. Bu əslində İran üçün də verilən bir aydın mesajdı. Yayılan məlimata görə Erməni tərəfi Rusiyənin araya girməsiylə geri oturacağına söz verib ancaq hələ də yolun tam olaraq açılıb açılmadığı bilinmir. Kəsin olan bu ki Azərbaycan artıq toprağının tək bir qarışından belə geçməyib Ermənistan və İran-a da bu qonuda lazimi dərsi verməkdə qərarlı olduğudur.

Related Articles

Bir cavab yazın

Back to top button