Dünyaİran

Tehran təşvişə düşüb – ABŞ ilə müzakirəyə hazırdır

ABŞ və bir sıra ərəb ölkələri İranla müharibənin bütün cəbhələrində hərtərəfli atəşkəs əldə etmək məqsədilə gizli danışıqlara başlayıblar.

Bu barədə İsrailin “Kanal 12” televizyası bu ölkənin yüksək rütbəli rəsmilərinə istinadən məlumat yayıb.

Mənbə hazırda İsrailin bu danışıqlarda iştirak etmədiyini iddia etsə də, bu atəşkəs səyləri barədə yüksək səviyyəli İsrail rəsmilərinə məlumat verildiyini bildirib.

Digər tərəfdən, NBC News-un iki amerikalı rəsmiyə istinadən dərc etdiyi xəbərə görə, İsrail oktyabrın əvvəlində İranın raket hücumuna cavab olaraq ABŞ-yə necə cavab verməyi planlaşdırdığı barədə məlumat verməyib.

Qeyri-rəsmi məumatlara görə, İran tərəfi Oman, Qətər və Səudi Ərəbistan vasitəsilə ABŞ-yə mesaj göndərib, Vaşinqtondan İsrailin hücumunun qarşısını almasını xahiş edib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanına səfər edən İranın xarici işlər naziri Abbas Əraqçı oradan Qətərə yola düşüb.

O, gərginliyin azaldılması üçün İranın ABŞ ilə danışıqlar aparması ehtimalı barədə jurnalistlərin suallarına yox cavabı verməyib.

“ABŞ ilə müzakirə kanalları açıqdır, ancaq HƏMAS və Hizbullah üçün lazım olan hər şeyi edəcəyik”,- Əraqçı “Əlcəzirə” telekanalının jurnalistinin sualına cavab olaraq deyib.

Related Articles

Bir cavab yazın

Back to top button