Site icon Aznews TV

Tehran hakimiyyətinin Güney Azərbaycandaki bürokrasi hücümu

İran uzun illər boyu əsasən ölkədəki Türk varlığını inkar edirdi. Şiddətli asemilasiyon siyasəti illərlə Fars olmayan, özəlliklə də Türklərin varlığını məhv eləməklə məşğul oldu. Ancaq bütün çabalara rəğmən Azərbaycan milləti ayaqda qaldı. son 30 il ərzində Güney Azərbaycanda milli oyanışı yönündə ciddi dəyişikliklər oldu. Azərbaycan milləti öz milli haqlarını anlayıb, onu tələb etməyə başladı. Yeni nəsil Tehranın dedikləri yox gördüklərinə inanırdı. Azərbaycanda milli düşüncə ən güclü düşüncə olaraq ümumi bir istək halına gəldi. Azərbaycan Milli Hərəkəti bütün zəəflərinə rəğmən toplumu mərkəziyyətçi zehniyyətin zəncirindən qurtarmağa başarmışdı. Elə bu durum Tehranı son dərəcə nigəran etməyə başladı. Elə ki Güney Azərbaycan hərəkətini öz yolundan çıxarmaq üçün əlindən gələni etdi. Türklər İranda mərkəziyyətçilərin qarşısında duran ən güclü quvvə olduqlarına görə başqa Fars olmayan millətlər üçün də ilham qaynağı olmağı başardılar. Etnik haqların danışıq mövzusu olması və Tehranda ciddi bir məsələyə dönüşməsi də əsasən Türklərin çabaları sayəsində oldu. ikinci Qarabağ savaşında Azərbaycanın əldə etdiyi tarixi zəfər, Güney Azərbaycanda milli ruhun yenidən canlanmasına səbəb oldu. İranda iqtisadi fəlakətlər üzündən millət çətin durumda olmasına rəğmən Güney Azərbaycan siyasi və milli səbəbdən dəfələrlə etiraz səsi yüksəldi. Bu durum Güney Azərbaycan faktorunun bütün bölgədəki ağırlığının anlaşılmasına səbəb oldu. Elə bu durum İran hakimiyyətini ciddi şəkildə qorxutdu. Bu üzdən Azərbaycan millətini durdurmaq üçün müxtəlif planlar qurdu. Özəlliklə Batı Azerbaycan kimi bəzi həssas yerlərdə mikro milliyyətçilik duyğularını qabardıb diqqəti Tehrandan uzaqlaşdırmağa çalışdı.

İran hakimiyyəti batı Azərbaycanda yerli cəmiyyətin tərkibi və demografisini dəyişdirilməyə çalışdı. Ruhani dönəmində olduğu kimi İbrahim Rəisi zamanında da Batı Azərbaycan ustandarı bir Kürd əsilli seçildi. Məhəmməd Sadiq Motəmediyan batı Azərbaycan ustandarı olaraq təyin edildi. Motəmediyanın ailənin teror səmpatizanı olan Simitqo ailəsiylə yaxınlığı İranın Qərbi Azərbaycanda nə axtardığını açıqca göstərir. Habelə Doğu Azərbaycan ustandarlığına da Sipahın başçısı Abedin Xorrəmin gətirilməsi də son dərəcə anlamlıdır. Xorrəm ki böyük iqtisadi fəsadlarla adı qeyd olur, illərdir Azərbaycan Milli Hərəkətiylə mübarizə aparır. Bir tərəfdən də Azərbaycan düşməni Seyyid Həsən Amilinin qardaşı oğlu Hamid Amilinin Ərdəbil ustandarı olaraq təyin olunması Tehranın bu dönəmdə necə Azərbaycana qarşı hücuma keçdiyini görsədir. Beləliklə hər zaman olduğu kimi bu səfər də bütün çabaların əks nəticə verməsini təxmin eləmək olar.

 

Exit mobile version