
Qeyd edək ki, bundan öncə Kirmanşah əyalətinin Hərsin bölgəsindən olan məhbus işgəncəyə məruz qalmış və komaya düşmüşdü.
Hadisənin mayın 8-də baş verməsinə baxmayaraq, İran məhkəməsi bu barədə mayın 11-də məlumat yayıb.
Məhkəmənin məlumatında Saman Dərvişinin ürək tutması səbəbindən öldüyü iddia edilib.
Qeyd edək ki, Beynəlxalq Əfv Təşkilatı 2022-ci ilin aprel ayının 12-də İran zindanları ilə bağlı yayınladığı 108 səhifəlik hesabatda molla rejimini ifşa edib.
“İran hökuməti həbsxanaları bilərəkdən məhbuslar üçün ölüm otaqlarına çevirib”-hesabatda belə deyilir.
Təşkilatın hesabatında bildirilir ki, rəsmi olaraq adları bəlli olan həyatını itirmiş 96 məhkumun 22-i Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmu şəhərinin zindanında qeydə alınıb.