Əvvəllər Tehran İnqilab Məhkəməsinin 26-cı şöbəsi onu 2 il həbs və pul cəzasına məhkum etmişdir. Hökmün icrası beş il müddətinə təxirə salınıb.
Apellyasiya Məhkəməsinin qərarına əsasən, Qalibaf artıq çəkdiyi vaxt da daxil olmaqla 2 il həbs və 15 milyon tümən (~250 ABŞ dolları) məbləğində cərimə edilib. O, “yalan yaymaq” maddəsində təqsirli bilinib.
Bundan əlavə, Kirmanşahdan olan 124 hüquqşünas vəkil və Tehran Universitetinin professoru Möhsün Böhraninin həbsinə etiraz olaraq, bəyanat yayıblar. Onlar siyasi məhbusun dərhal azadlığa buraxılmasına çağırıblar.