Bursanın simvolu olan Yaşıl türbə 1421-ci ildə tikilmişdir. Çələbi Sultan Mehmedin dəfn edildiyi bu möhtəşəm türbənin kaşıçılıq işlərini təbrizli ustalar, qapıların, pəncərələrin taxta və qoz ağacından olan hissələrini isə Hacı Əli Əhməd oğlu Təbrizi görmüşlər.
Türbənin interyerinin kompozisiyası və ideyası motiv zənginliyi və rəng ahəngdarlığı baxımından kaşı bəzəyinin şah əsərlərindən biri sayılır.
Kaşıçılıq sənəti binaların daxilinin və ya fasad hissəsinin minalanmış kərpiclərlə gözəlləşdirilməsində istifadə olunur.