AzərbaycanİranMəqalələr

Tarixi məqalə: Təbriz orta əsrlərdə – Səlcuqilər zamanında (1037-1194)

Türklərin Ön Asiyaya ilk gəlişi b.e.ə. VII əsrdə Saka-İskit dövründə başladı.

Miladın 395-ci ilində Hun türkləri Balkan ərazisinə köç edərkən bir qisminin də Qafqazdan keçərək Anadolu və Azərbaycan bölgəsinə gəldikləri məlumdur.

Səlcuqlu xanədanlığının rəhbərliyindəki türklər isə Azərbaycan bölgəsinə ilk dəfə XI əsrin əvvəllərində (1015-1021) gəlmişlər. Səlcuqilərin Azərbaycana insan axınını təşkil etdiyi dövrlərdə Təbrizdə Rəvvadilər hökm sürürdülər. Təbrizin yenidən abadlığı sona çatmamış, 1054-cü ildə Toğrul bəyin rəhbərlik etdiyi Səlcuq türkləri Təbrizi işğal etdilər.

Səlcuqilər dövründə Təbriz Azərbaycan bölgəsinin mərkəzi şəhəri idi. Əl-Məsudiyə görə, ölkənin ən gözəl bölgələri Təbriz və Muğan idi. Hər iki şəhər ətraflarındakı bağ-bağça ilə bölgənin cənnət guşəsi və İslam dünyasının şimal incisi idi. XI-XII əsrlərdə müsəlman şərqində Səlcuq dövlətinin meydana gəlməsi Azərbaycan bölgəsində şəhərləşmə prosesini sürətləndirdi. Gəncə, Naxçıvan, Təbriz, Şamaxı yalnız Qafqazda deyil, İslam dünyasında da əhəmiyyətli siyasi, inzibati, iqtisadi və mədəni mərkəzlər olaraq tanınırdılar. Səlcuqi sultanı Məhəmməd Təpər (1105-1118) dövründə Naxçıvanda on minə, Təbrizdə isə yüz minə yaxın əhali vardı.

XI-XII əsrlərdə əlverişli siyasi, sosial-iqtisadi, mədəni vəziyyətin normallaşması və böyük Səlcuqi sultanları və onların atabəylərinin quruculuq fəaliyyətləri nəticəsində Gəncə, Naxçıvan və Təbriz kimi şəhərlər daha çox əhəmiyyət daşımağa başladılar. Səlcuqilər dövründə şəhərlərin müdafiə sistemi, qala divarları və xüsusilə də giriş qapılarının mühafizəsi gücləndirildi.

Səlcuqilərin fəthləri nəticəsində Anadolu İslam mədəniyyətinə qovuşmuş və müsəlman dünyası ilə ticarətin inkişafına mane olan səbəblər aradan qalxdıqdan sonra sürətli iqtisadi və mədəni yüksəliş dövrünə qədəm qoymuşdur. XII əsrdə Konya və Təbriz arasında ticarət yolu fəaliyyət göstərirdi. 1220-ci ildən başlayaraq monqol hücumları, müvəqqəti də olsa, Təbrizdəki sürətli inkişafın qarşısını aldı.

Qeyd edək ki, hazırladığımız tarixi məqalələrin “Təbriz orta əsrlərdə” fəslinə aid digər paylaşımla bu linkə keçid edərək tanış ola bilərsiniz:

Related Articles

Bir cavab yazın

Back to top button