İran

Tanınmış yazıçı yenidən həbs olundu

Onun Simnan zindanına köçürüldüyü bildirilir.

Tanınmış yazıçı və siyasi fəal Keyvan Səmiminin vəkili Mustafa Nili özünün tvitter hesabında müvəkkilinin yenidən saxlanıldığını yazıb.

Onun sözlərinə görə, keyvan Səmimi mayın 18-də iş saatından sonra məhkəmə qərarlarının icrası tərəfindən məhkəmə-tibb ekspertizasının rəyini almaq üçün ora getməli olduğunu deyiblər və yazıçı ora getdikdən sonra həbs olunaraq Simnan zindanına aparılıb.

Bundan öncə Simnan zindanında saxlanılan 73 yaşlı yazıçı tibbi tkspertiza həkimləinin rəyi əsasında 1 fevral 2022-ci ildə sərbəst buraxılmışdı və indi onun barəsində tibbi ekspertiza rəyinin dəyişdirilməsinin səbəbləri barədə açıqlama verilmir.

Qeyd edək ki, Keyvan Səmimi 2019-cu ilin may ayının 1-də Beynəlxalq İşçi Günü münasibətilə İran parlamentinin qarşısında keçirilən aksiyaya qatıldığına görə saxlanılıb.

O, “ölkənin təhlükəsizliyinə qarşı əlbir olmaq və qanunsuz toplaşmaq”da ittiham olunub.

Bir neçə gün öncə İran Yazıçılar Birliyi də onunla bağlı bəyanat yayıb.

Bəyanatda Yazıçılar Birliyinin digər üzvü və siyasi məhbus Bəktaş Abtinin ölümündən sonra Keyvan Səmiminin yazdığı məktuba görə deportasiya edildiyi bildirilib.

Birlik Abtinin ölümünü hökumətin yazıçıya qarşı məqsədli su-i qəsdi olduğunu qeyd edib.

Related Articles

Bir cavab yazın

Back to top button