Site icon Aznews TV

Tanınmış rejissor məhbus sənətçinin əsərləri yaydı

Əsərlərin tanınmış azərbaycanlı rejissor Məhəmməd Əlimuradi tərəfindən özünü şəxsi hesabında paylaşılması güney azərbaycanlıların geniş rəğbəti ilə qarşılaşıb.

Paylaşımda Mürtəza Pərvinin qadağan edilmiş türk adlarına həsr etdiyi əsərlərinə yer verilib.

Əlimuradi, təsviri incəsənət sahəsinin nümayəndələrindən olan Mürtəza Pərvinin qrafittlərini paylaşmaqla, məhbus sənətçiyə dəstək verib.

Qrafitinin mövzusu türk adlarına görə ölkənin Qeydiyyat İdarəsi tərəfindən aylarla, hətta illərlə doğum haqqında şəhadətna ala bilməyən uşaqlar barədədir.

Şəhərdən qıraq, tərk edilmiş yerlərdə çəkilən qrafitlərdə Yağış, Ayıl, Atakan, Huntay və başqa türk uşaq adları təsvir olunub.

“Gördüyümüz işlər uşaq dünyasının müxtəlifliyini göstərir, onlar dünya haqqında nə düşünürlər? Dünyaya necə baxırlar? Bəs onlar hansı dünyada yaşayırlar? Gördüyünüz kimi, biz bu rəsmlərlə divara hisslər çəkirik və onlarla (uşaqlarla) bir şəkildə ünsiyyət qururuq”,- Mürtəza Pərvin yayımlanan 6 dəqiqəlik videodakı çıxışında bildirir.

Xatırladaq ki, İran Qeydiyyat İdarəsinin azərbaycanlı uşaqlara türk adlarına görə kimlik vəsiqəsi verməməsi bu adların təsdiq edilmiş İran adları siyahısında olmaması ilə əlaqələndirilir.

Qeydiyyat İdarəsinin iddiasına görə, siyahıda olmayan adlar əcnəbi ad hesab edilir və iranlı kimliyi ilə ziddiyyət təşkil edir.

Qeyd edək ki, fevralın 6-da Ərdəbildəki şəxsi mənzilində həbs edilən milli-mədəni fəal Mürtəza Pərvin fevralın 11-də Tehranın Evin həbsxanasının təcridxanasına köçürülüb.

M.Pərvin həbs edildikdən sonra mənzilində axtarış aparılıb, ona məxsus mobil telefon, noutbuk müsadirə edilib.

Exit mobile version