Tehran şəhərinin Apelyasiya Məhkəməsinin 36-cı bölməsi bundan öncə İnqilab Məhkəməsinin tanınmış ictimai fəal, İran Müəllimlər Birliyinin üzvü və müəllim Rəsul Budağı barədə çıxardığı qərarı qüvvədə saxlayıb.
Qərara görə Budağı 5 il həbs cəzsınını çəkdikdən sonra ölkədən çıxışına və 2 il müddətinə Tehran və qonşu əyalətlərdə yaşamasına qadağa qoyulub.
Onun vəkili Ramin Səfərniyanın verdiyi məlumata görə, Rəsul Budağı “Əlbir olmaq və toplaşmaq” ittihamına görə 4 il, “təbliğat fəaliyyətləri”nə görə isə 1 il müddətinə azadlıqdan məhrum edilib.