Bu haqda məlumat İranda İnsan Haqları Fəalları qeyri-kommersiya təşkilatı (HRANA) tərəfindən verilib.
Bildirilib ki, aktivist 3 aydan çoxdur Kəşfiyyat Nazirliyinin Təbrizdəki idarəsində saxlanılır və onun barəsində prosesual qaydalara uyğun olaraq, heç bir ittiham irəli sürülməyib.