Pis halların hələ də yüksək olduğu və yaxşı mənalı olmadığı günlərdə özlərini yatımılığa vuran və vəziyyətin normal olduğunu göstərmək istəyən
məsullar, sinəmaların açılışlarına izn verməklə insanların sağlamlığı ilə oynayırlar.
“Mədəniyyət qovşağı” radio verlişində danışan Təbriz Sinəmaçılarından Humən Beyknejad, “bəzi insanlar İrşad idarəsi vəzirliyinin sinəmalarını icarəyə götürüblər. Mədəniyyət müctəməsinin içərisində olan bu salon və bütün xərcləri ev müstəcir yox, icarə verənlər ödəyir. İndi kirayə haqqı üçün İrşad idarəsinə ayda 60 milyon tüməndən çox ödəyirik. Sinəmalar açılsa, İcarə haqqını qanuni olaraq ayıra bilməyəcəyik, – deyə bildirib. O, əlavə edib ki, peşəkar nöqteyi-nəzərdən, bu mədəniyyət ocaqlarındakı Sinəma və Teatr salonları bir-birindən ayrılmamışdır ki, yenidən açılmış hər bir salon üçün kirayəyə icazə verilsin. Qiymət islami İrşad tərəfindən ödənilməməlidir, amma daha böyük problem teatr sahiblərinin yenidən açılmasını istəmələridir.
Humən Beyknejad yüksək tutumlu və kiçik bir tamaşaçı salonların açılmasını tamamilə zərər verici bir hərəkət kimi adlandırıb. “Heç kim bu mədəniyyət və hünər ocaqlarına belə addım atmır, handa qalmış bilet alıb sınəmada filmə baxsın. İndi Sinəma tutumunun yüzdə 30-nu açmaq üçün heç bir həll yolu yoxdur, çünki İrşad İdarəsi, icarə haqqının yüzdə 30-nu almaqdan heç vaxt razı qalmayacaq”, – deyib.
“Hazırda sinəmaların bağlanmasına baxmayaraq , vergi və salonların sil süpür xərci, sinəmaçılar tərəfindən ödənilir”, – deyə bildirib.