Site icon Aznews TV

“Taliban” BMT-nin xüsusi məruzəçisinin Əfqanıstana girişini qadağan edib

“ANT” xəbər verir ki, bu barədə Tolo News telekanalı məlumat yayıb.

Radikal “Taliban” hərəkatının rəsmi nümayəndəsi Zabihullah Mücahid Bennetti “anti-Əfqan təbliğatı”nda və “dünyaya Əfqanıstandakı vəziyyətlə bağlı yanlış məlumat təqdim etməkdə” ittiham edib.

ABŞ 2021-ci ilin yazında silahlı qüvvələrini Əfqanıstandan çıxarmaq qərarını elan etdikdən sonra “Taliban” bu ölkəyə nəzarəti bərqərar etmək məqsədilə genişmiqyaslı əməliyyata başlayıb. Həmin ilin avqustun 15-də onlar döyüşsüz Kabilə daxil olublar və sonradan öz müvəqqəti hökumətlərini qurduqlarını elan ediblər.

Exit mobile version