Bölgə

Taliban Amerikanın zirehli maşınlarını, insansız uçaqlarını və helikopterlərini dörddə bir qiymətə İrana satıb

Bəzi mənbələr İranın Amerika ordusunun zirehli maşınlarını, insansız uçaqlarını və helikopterlərini Taliblərdən dörddə bir qiymətə satın aldığını iddia edir.

Bəzi mənbələr İranın Amerika ordusunun zirehli maşınlarını, insansız uçaqlarını və helikopterlərini Taliblərdən dörddə bir qiymətə satın aldığını iddia edir. Bu haqda əfqanıstanlı jurnalistlərə aid Teleqram kanalında görüntülər yayılıb. Bu gün Amerikanın bir neçə “Humvees” və “Ranger” zirehli maşını İranın paytaxtı Tehranda İran Ordusunun qoşqularının üstündə naməlum yerə daşınarkən görülüb. Əfqanıstan Müdafiə Baxanlığının keçmiş müvəqqəti başçısı Bismillah Məhəmmədi də bu şəkillərdən birini öz Tvitter hesabında paylaşaraq, İranı “pis qonşu” adlandıraraq yazıb: “Əfqanıstanın pis günləri əbədi deyil”. Taliban hələlik bu haqda heç bir şərh verməyib. Eyni zamanda, İranın Semnan-Gərmsar şəhər Yol Polisi İdarəsindən yayılan görüntülərdə Amerikanın “Humvee” zirehli maşınlarının İran Ordusunun qoşquları üstündə Əfqanıstandan İrana daşındığı müşahidə edilib.

Related Articles

Bir cavab yazın

Back to top button