Azərbaycanİran

Takistanda yenidən etiraz aksiyası keçirildi

Güney Azərbaycanın Qəzvin əyalətinin Takistan şəhərində növbəti etiraz aksiyası keçirilib.

Bu barədə yerli media və sosial media fəalları məlumat yayıblar.

Bildirilib ki, avqustun 22-də başlayan etiraz aksiyası gecə saatlarında da davam edib.

“Təravət novin” avtomobil şirkəti tərəfindən pulları mənimsənilən takistanlılar şəhər fərmandarlığı qarşısına toplaşıblar.

Aksiya yerinə polis qüvvələrinin cəlb olunmasından sonra etirazçılar hökumət əleyhinə şüarlar səsləndiriblər.

Onlar dövlətin himayəsində olan avtomobil şirkətinin çox sayda vətəndaşın pulunu almasına baxmayaraq, illərdir avtomobillərini təhvil vermədiyinə etiraz ediblər.

Qeyd edək ki, son iki il ərzində onlar dəfə oxşar aksiya keçirilsə də, qəzvinlilərin nə avtomobilləri verilir, nə də pulları qaytarılır.

Related Articles

Bir cavab yazın

Back to top button