Məlumata görə, hadisə kənd sakininin fərdi təsərrüfatına aid heyvanlarını axtararkən baş verib.
Hadisə nəticəsində 1999-cu il təvəllüdlü Əli Ağalarov sağ ayağın pəncə hissəsinin travmatik amputasiyası xəsarəti alıb.
Hazırda vəziyyəti orta-ağır kimi qiymətləndirilir, müalicəsi xəstəxanada davam etdirilir.
Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.