Bu barədə Tələbələr Birliyinin sosial media kanalında məlumat verilib.
Bildirilib ki, tələbə hərəkatı fəalı 900 milyon tümən girov qarşılığında məhkəməyə qədər sərbəst buraxılıb.
Təhlükəsizlik məmurları Tehran Universitetinin Antropologiya fakültəsinin tələbəsi olan Məhəmməd Şəbahətini yanvarın 9-da Tehrandakı mənzilində həbs ediblər. O, təhlükəsizlik təcridxanasında dindirildikdən sonra, yanvarın 12-də Evin həbsxanasına köçürülüb.
Qeyd edək ki, azərbaycanlı tələbə bundan əvvəl, 2022-ci il dekabrın 7-də Tehran Universitetində həbs edilmişdi və 33 gün saxlanıldıqdan sonra girov qarşılığında sərbəst buraxılmışdı.
Bununla yanaşı, Tehran Universitetinin intizam komitəsi Məhəmməd Şəbahətini iki semestr təhsildən məhrum edib.