Azərbaycanİran

Təbrizli şair və yazıçı Süsən Nəvadə Razinin vəfatının birinci ildönümü mərasimi keçiriləcək

Azərbaycanlı şair və yazıçı, 61 yaşlı Süsən Nəvadə Razi aylarla xərçənglə mübarizə apardıqdan sonra keçən il vəfat edib.

Birinci ildönümü mərasimi 16:00-19:00 radələrində  sənət adamlarının, poeziya və ədəbiyyat ustalarının iştirakı ilə
El Gölü parkının Andişeh zalında keçiriləcək.

Süsən Nəvadə Razi Təbrizin Şəhriyar məhəlləsində anadan olub və uzun illər “Mehd Azadi” qəzetinin türk bölməsində professor Yəhya Şida ilə birgə fəaliyyət göstərib, ömrünün son illərini də burada keçirib.

“Azerbaijan El Bilimi”nin idarə heyətinin üzvü olub və “Folklorçu Xanımlar” dərnəyinə rəhbərlik edib.

Onun görkəmli əsərlərindən “Arzuların yeni gülşən bağı”, “Təbrizim kimi”, “Günlərin bir günündə”, “Muncuq hekayələri” kitablarını qeyd etmək olar.

Related Articles

Bir cavab yazın

Back to top button