
Onun nəyə görə çağırıldığı barədə məlumat verməyən təhlükəsizlik məmurları bir sıra suallara cavab verməli olduğunu deyiblər.
Rza Əsbəqinin yaxınlarının bildirdiyinə görə, bu, onun Urmiya gölü ilə bağlı keçirilən aksiyalarda iştirakına görə olduğu ehtimal edilir.
Qeyd edək ki, son günlər güney azərbaycanlı mədəni fəallara qarşı təzyiqlər artıb. Onlarla fəala zəng edilərək ETTELAAT-ın yerli bölmələrinə gəlmələri tələb olunub.