İran

Təbrizli millət vəkili prezidentlik uğrunda mübarizə aparacaq- Siyahı

İranda növbədənkənar prezident seçkilərində 6 namizəd mübarizə aparacaq.

Bu barədə İran mediası məlumat yayıb.

Həmin namizədlər İran parlamentinin sədri Məhəmməd Baqer Qalibaf, Tehranın meri Əlirza Zəkani, İran Ali Rəhbərinin İran İslam Təhlükəsizlik Şurasındakı nümayəndəsi Səid Cəlili, keçmiş ədliyyə və daxili işlər naziri Mustafa Purməhəmmədi, deputat Məsud Pezeşkian və İranın hazırkı vitse-prezidenti Əmir Hüseyn Qazizadə Haşimidir.

Parlamentin keçmiş spikeri Əli Laricani, keçmiş prezident Mahmud Əhmədinejad, keçmiş vitse-prezident İshaq Cahangiri, yollar və şəhərsalma naziri Mehrdad Bəzrpaşın növbədənkənar seçkilərdə namizədliyi təsdiq edilməyib.

Qeyd edək ki, bu gün İran Konstitusiyası Keşikçiləri Şurası prezident seçkilərində iştirak edəcək namizədlərin adlarını Daxili İşlər Nazirliyinə göndərib.

İranda növbədənkənar prezident seçkiləri iyunun 28-də keçiriləcək.

Seçkiyə 80 nəfər namizədliyini irəli sürmüş və qeydə alınmışdı. İyunun 4-dən etibarən Konstitusiyanın Keşikçiləri Şurası namizədin prezident vəzifəsinə qoyulan tələblərə cavab verib-vermədiyini öyrənmək üçün bir həftə ərzində yekun rəy verəcək. İştirakçıların yekun siyahısı iyunun 11-də açıqlanmalı idi. Buna baxmayaraq, bu gün yekun siyahı artıq elan edilib.

Related Articles

Bir cavab yazın

Back to top button