Site icon Aznews TV

Təbrizli memarların Azərbaycanda fəaliyyətləri – Gəncə Cümə Məscidi

Məscid I Şah Abbasın göstərişi ilə tikildiyindən Şah Abbas məscidi də adlanır. Cümə məscidi planda kvadrat biçimli olub, diametri 14,30 metr olan günbəzlə örtülüdür. Bu, Quzey Azərbaycanın memarlıq irsində ən iri günbəzdir.

Məscidin fasadlarının üçü eyni olub, hər birinin simmetrikliyi ortadakı ağır nisbətli baştağla – sivri eyvanla vurğulanır. Yalnız cənub fasadı daha sadədir.

Cümə məscidinin yanındakı mədrəsə bu günə qədər qalmayıb. Məscidin şimal fasadı önündə 1776-cı ildə qoşa minarə ucaldılmışdır. Cümə məscidi bu minarələrlə Gəncənin qədim şəhər mərkəzinə – Bazar meydanına yönəlmişdir.

1920-ci ildə rus bolşeviklərinin bombardmanı zamanı minarələrdən biri əyilmişdir. Məscidin ibadət salonunda möhkəm palıd ağacından hazırlanmış incə şəbəkəli və kitabəli bir minbər var. Minbəri üstündəki yazıya görə, 1897-ci ildə Gəncə hakimi Cavad xan Qacar təmir etdirmişdir. Rus işğalına qarşı döyüşlərdə böyük qəhrəmanlıq göstərmiş Cavad xanın məzarı da Cümə məscidinin həyətində yerləşir.

Hazırladığımız tarixi məqalələrin “Təbrizli memarların Azərbaycanda fəaliyyətləri” fəslinə aid digər paylaşımları ilə bu linklərə keçid edərək tanış ola bilərsiniz:

Exit mobile version