Azərbaycanİran

Təbrizli filosof dünyasını dəyişib

Yanvarın 15-də fəlsəfə üzrə professor və bu sahədə ən tanınmış simalardan olan Kərim Müctəhidi dünyasını dəyişib.

O, “Kantın düşüncələri”, “İranlıların yeni Qərb fəlsəfələri ilə tanışlığı”, “Orta əsrlərdə fəlsəfə”, “Tarix fəlsəfəsi”, “Dekart və onun fəlsəfəsi” və “Hegelə görə ruhun fenomenologiyası” və başqa əsərlərin müəllifidir.

1930-cu il sentyabrın 1-də Təbrizdə anadan olan Kərim Müctəhidi Fransanın Sorbon Universitetində bakalavr, magistr və doktorantura kurslarını bitirib.

Təbrizli alim 20-ci əsrin ən böyük filosoflarından biri – Jan Uollun rəhbərliyi altında “Kantın transsendental təhlilinin araşdırılması” adlı magistr dissertasiyasını və Henri Karbonun məsləhəti ilə doktorluq dissertasiyasını yazıb.

Related Articles

Bir cavab yazın

Back to top button