Bu barədə Təbriz mediası məlumat yayıb.
“Noyabrın 8-i Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinin azad edilməsinin ildönümü ərəfəsində Azərbaycan Respublikasının Təbrizdəki Baş Konsulluğu yerli və xarici qonaqların iştirakı ilə anım mərasimi keçirib”,- məlumatda bildirilib.
Türkiyənin Təbrizdəki baş konsulunun iştirakı ilə keçirilən mərasim Azərbaycan Respublikasının işğal olunmuş torpaqlarının azad edilməsi uğrunda 44 günlük müharibədə qazandığı qələbədən bəhs edən videoçarx və sərgiyə baxışla başa çatıb.