Peştov qalası Təbriz və Əhər şəhərlərinin şimal-şərqində yerləşən Horandın 12 kilometr qərbində, Peştov kəndinin ətrafında, hündürlüyü 3000 metrdən çox olan bir dağda yerləşir.
Hasarları qayalıq və olduqca hündürdür, ətrafı dərin uçurumlarla əhatələnib. Qalanın yeganə giriş yolu şimal tərəfindəki 220 daş pilləkəndəndir. Qalanın içərisində aşkar edilmiş naxışsız saxsılardan ibarət olan əşyalar bu qalanın eradan əvvəl Arazboyu məntəqəsində inşa edildiyini göstərir. Babək qalasına bənzəyən (çox güman ki, həmin qala ilə eyni zamanda inşa edilib).